Əsas Səhifə > Sosial > RÖVNƏQ ABDULLAYEVİN səlahiyyətləri azaldıldı —
RÖVNƏQ ABDULLAYEVİN səlahiyyətləri azaldıldı —29-02-2016, 14:02 |
Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Fərman SOCAR-ın idarəetmə formasının dəyişdirilməsini nəzərdə tutur, şirkətin prezidentinin səlahiyyətlərini məhdudlaşdırır. Fərman indiyədək SOCAR prezidenti yanında məşvərətçi qurum olan Şuraya kollegial orqan statusu verir. Şuranın tərkibinə SOCAR-ın prezidenti, vitse-prezidentləri və digər vəzifəli şəxslər daxildir. Qərarlar prezident deyil, Şura tərəfindən veriləcək. Fərman, həmçinin, SOCAR-ın vəzifəli şəxslərinin qohumları ilə bağlanan əqdlərə nəzarətin sərtləşdirilməsini nəzərdə tutur. Prezidentin digər fərmanı Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-ə verilmiş bəzi səlahiyyətlərinin yenidən ona qaytarılmasını nəzərdə tutur. Dəyişikliyə görə, dəyəri «Azəryolservis»in aktivlərinin 5 faizi və ya daha çox hissəni təşkil edən müqavilələrin bağlanmasına yenidən Nəqliyyat Nazirliyi qərar verəcək. Geri qayıt |