Zabit Səmədov 250 MİNLİK maşın aldı – FOTO

zabit

Kik-boksun WBC Muay-thai üzrə dünya çempionu Zabit Səmədov Bakıda özünə yeni avtomobil alıb. Onun budəfəki avtomobili “Mersedes-Gelandevagen”dir.

 

Avtosfer.az-ın məlumatına görə, “Auto Star-Kaukasus” avtosalonu bununla bağlı məlumatı özünün Feysbuk səhifəsində yayıb. Məlumatda bildirilir ki, Azərbaycan xalqının fəxri, dünya çempionu Zabit Səmədov həmin avtosalona üstünlük verib:

“Şəxsiyyəti ilə bütün ürəkləri fəth edən çempiona “yolların çempionu” ilə ən çətin yolları ram etməsini arzulayırıq! “Mersedes-Benz G-Class”ınız xeyirli olsun, Mauqli!

Qeyd edək ki, hazırda “Mersedes-Benz G-Classın” bu versiyasının qiyməti 220-250 min dollardır.

Bundan əvvəl Çeçenstan Prezidenti Ramzan Kadırov da dostu Zabit Səmədova “Mersedes S-klass” markalı avtomobil bağışlamışdı.






Fikirlər