“Mersedes”dən möcüzə avtomobil – Video

“Mersedes”dən möcüzə avtomobil – VideoAlmaniyanın dünyaca məşhur “Mersedes-Benz” avtomobil şirkəti bu sahədə inqilab edəcək yeniliyə imza atıb.

Şirkətin 2015-ci il üçün nəzərdə tutduğu avtomobil modeli hər kəsi təəccübləndirib. Belə ki, konsern özünün avanqard üslubda işlənmiş sürücüsüz avtomobilini təqdim edib.

Dörd nəfərin rahat yerləşəcəyi bu avtomobillər vahid mərkəzləşdirilmiş sistemdən idarə olunur və sərnişinin bütün komfortu nəzərə alınıb. Yan tərəfi bütünlüklə sensor olan bu avtomobil dayanacağı və qarşıya çıxan maneələri özü müəyyən edə bilir.

Ən müasir texnologiyadan istifadə olunaraq ərsəyə gələn bu avtomobillərin nə zaman satışa çıxarılacağı və qiyməti ilə bağlı hələlik məlumat verilmir.


“Mersedes”dən möcüzə avtomobil – Video






Fikirlər