Mükafatını yalnız ALLAHın bildiyi üç qazanclı ƏMƏL...
Uca Allah insanın etdiyi günahların qarşılığını öz mislində, yəni – bir; saleh əməllərin makafatını isə, qat-qat olaraq müəyyən etmişdir. Saleh və xeyirli əməllərin sorğu-sual günü olan axirətdə qarşılığı bəzən on, bəzən yüz, bəzən minlərlər, hətta milyonlarla qat mükafat olaraq veriləcəkdir. Bu, Uca Allahın öz bəndələrinə qarşı böyük mərhəmətinin göstəricisidir. Bununla yanaşı, üç xüsusi əməl də vardır ki, böyüklüyünə görə əməllərin çəkiləcəyi tərəzi olan mizana qoyulmayacaqdır. Çünki, onların mükafatı çox böyükdür və hətta, bu əməllər, əməl sahibinin dünyada ikən haqqına girdiyi kəslərə savab təzminatı olaraq da verilməyəcək. 1. Oruc. Onun mükafatı müəyyən edilməmişdir. Qüdsi hədisdə Uca Allah belə buyurmuşdur: “Adəm övladının orucdan başqa hər bir əməli özünə aiddir. Oruc isə Mənim üçündür və elə buna görə də Mən (oruc tutan adama) ayrıca mükafat verəcəyəm.” (Buxari, 1904) 2. Səbr etmək. Onun mukafatı müəyyən edilməmişdir. Uca Allah belə buyurmuşdur: “Yalnız səbir edənlərə mükafatları saysız-hesabsız veriləcəkdir”. (Zumər surəsi, 10) 3. İnsanların təqsirlərindən keçərək onları əfv etmək. Böyük əzm və ixlas tələb edən bu əməlin mukafatı da müəyyən edilməmişdir. Uca Allah belə buyurmuşdur: “Kim bağışlasa və islah etsə, onun mükafatı Allaha aid olar. “ (Şura surəsi, 40-cı ayə) Mükafatı Allaha aid olan əməlləri etmək – bu dünyanın ən dəyərli işidir. Çünki, onların mükafatını yalnız Allah bilir və o əməllər insanın axirətdə müflis olmasına qarşı böyük bir sipər olacaqdır. www.islamevi.az