DYP-dən Heydər Əliyevin şəkli ilə bağlı xəbərdarlıq!

Kamran Əliyev: "Avtomobilinə şəkillər vuran sürücülər cərimələnəcək"

Mili Məclisin bu gün keçirilən toplantısında millət vəkili Elmira Axundova paytaxtdakı bəzi avtomobillərin üzərində mərhum prezident Heydər Əliyevin şəklinin və imzasının yer alması məsələsini qaldırıb, bunun xarici dövlətlərin ölkəmizdəki diplomatik nümayəndələri tərəfindən də təəccüblə qarşılandığına diqqət çəkib.

Maraqlıdır, kiminsə avtomobilinin şüşəsinə Heydər Əliyevin, yaxud ölkə başçısının şəklini vurması qanunla nə dərəcədə düzgündür? DYP əməkdaşları bu cür hallarla qarşılaşarlarsa, həmin avtomobilin sürücüsünü cərimələyə bilərlərmi?

Moderator.az-ın sualını cavablandıran Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bu cür hallara yol verən sürücülərin cərimələnəcəyini vurğuladı:

"İnsanların bu hərəkəti ümummilli liderə olan məhəbbətindən irəli gəlir. Amma əfsuslar oslun ki, bundan sui-istifadə edənlər də var. Mən deməzdim ki, bu, kütləvi xarakter daşıyır. Şəxsən mən bu gün KİV-də yayılan məluatdan bilmişəm ki, maşının üzərində ulu öndərin imzası həkk olunur.

Bütün hallarda bu, düzgün deyil. Nəqliyyat vasitəsində yalnız nəqliyyat vasitəsinə aid olan informasiya yer ala bilər. Orda başqa informasiyaların yer alması qanunla da qadağandır. Kimsə reklam xarakterli nə isə etmək istəyirsə, bunun üçün də icazə alınmalıdır. Avtomobilin arxa və ön hissəsinə hər hansı yazının vurulmasına ümumiyyətlə icazə verilmir. Kimsə ulu öndərin şəklini daim görmək istəyirsə, istəyirsə ki, bu, daim onun gözünün önündə olsun, bunu avtomobilin talon hissəsinə, yəni idarəetməyə mane olmayan yerə bura bilər. Buna görə ona kimsə nə isə deyə bilməz. A nəqliyyat vasitəsinə digər hərəkət iştirakçılarının diqqətini yayındıra biləcək hər hansı yazı və şəklin vurulmasına qanun yol vermir. Həmin şəxslər cərimələnə bilər".

 






Fikirlər