Yol nişanları ilə bağlı reyd

“Yol nişanları ilə bağlı reyd

Bakı Nəqliyyat Agentliyi müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, o cümlədən yol nişanları quraşdırılmasına qarşı reydlərə başlayıb.

"Qafqazinfo" agentliyə istinadən xəbər verir ki, bu kimi problemlərin aradan qaldırılması məqsədi ilə Agentliyin mütəxəssisləri tərəfindən mütəmadi olaraq Bakı şəhərinin inzibati ərazisində yollara baxış keçirilib, müvafiq icazə olmadan quraşdırılmış yol nişanları çıxarılıb, yaxud da obyektlərin sahiblərinə bu barədə aidiyyəti üzrə xəbərdarlıq edilib.

Agentlik vətəndaşlardan bu cür hallarla qarşılaşdıqda “ALO 141” Qaynar xəttinə müraciət etmələrini xahiş edir.






Fikirlər