Bakıya gələn yolda hərəkət İFLİC OLDU: YÜZLƏRLƏ İNSAN... - FOTO/VİDEO

Bakıya gələn yolda hərəkət İFLİC OLDU: YÜZLƏRLƏ İNSAN... - FOTO/VİDEO

Güclü küləklə müşayiət olunan kəskin hava şəraiti bəzi yollarda hərəkəti iflic edib.

Publika.az xəbər verir ki, bu gün səhər saatlarından Bakı-Quba-Rusiya sərhədi avtomagistralını buz bağlayıb. Bu səbəbdən yolda xeyli qəzalar baş verib və hərəkət məhdudlaşıb.

Yoldakı vəziyyəti əks etdirən görüntüləri təqdim edirik.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Publika.az-a bildirib ki, Bakı-Quba yolunda səhər saatlarında yollar bəzi hissələrdə, xüsusi ilə körpülərdə buz bağlayıb: "Bu səbəbdən müəyyən məhdudlaşmalar qeydə alınıb. Hazırda ərazidə texnika işləyir və nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilib. Hazırda əsasən Şamaxı-İsmayıllı-Şəki istiqamətində yollarda bəzi məhdyudlaşmalar var, orada da texnika yolu təmizləyir, lakin qar güclü yağdığından texnnika gedib-qayıdanaka kimi yolun hərəkət hissəsini qar örtür. Buna görə də həmin ərazidə müəyyən qədər məhdudlaşma var".






Fikirlər