Bakıda bəzi yollar buz bağlayıb, küçələrdə sıxlıq var

9527f2f9639c237ffae67a88a52e3f4b

Ötən gecədən başlayaraq və hazırda da müşahidə edilən soyuq şaxtalı hava şəraiti səbəbindən bu səhər paytaxtın bəzi küçə və prospektlərində yolun hərəkət hissəsi buz bağlayıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən hazırda Böyükşor qovşağından 20 yanvar dairəsi istiqamətində, xüsusi ilə Ziya Bünyadov prospektində yerləşən körpülərdə və tunellərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var.

“Yolların buz bağlaması səbəbindən analoji vəziyyət Şərifzadə küçəsində də müşahidə edilir. Bununla yanaşı, 20 yanvar dairəsi Tbilisi prospekti şəhər istiqamətində, Yusif Səfərov küçəsi şəhər istiqamətində və Babək prospekti şəhər istiqamətində də avtomobillərin hərəkətində sıxlıq var. Diqqətinizə çatdırırıq ki, Bakı Nəqliyyat Agentliyi müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə yollarda avtonəqliyyat vasitələrinin intensiv və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün təxirə salınmaz tədbirlər görür”, – deyə məlumatda vurğulanıb.






Fikirlər