Əsas Səhifə > Cəmiyyət > Bakıda dönərxanada partlayış:
Bakıda dönərxanada partlayış:21-02-2017, 14:29 |
Bakıda dönərxanada partlayış olub. AzerTaym.az APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən dönərxanada qeydə alınıb. Partlayış nəticəsində yanğın olub.
Baş verən partlayışda 5 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın sözlərinə görə, xəsarət alanlardan üçü kişi, ikisi qadındır. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Geri qayıt |