Bakıda dönərxanada partlayış: 5 yaralı - FOTOLAR

Bakıda dönərxanada partlayış: 5 yaralı

Bakıda dönərxanada partlayış olub. 

AzerTaym.az APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən dönərxanada qeydə alınıb. Partlayış nəticəsində yanğın olub.
Baş verən partlayışda 5 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın sözlərinə görə, xəsarət alanlardan üçü kişi, ikisi qadındır.  
 Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
 

 






Fikirlər