Dövlət Baxçalı Ərdoğana çağırış etdi ...
Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çağırış edib. AzerTaym.az APA-ya istinadən bildirir ki, MHP-nin 14-cü qurultayında çıxış edən MHP sədri Rəcəb Tayyib Ərdoğanı siyasi fəaliyyətini davam etdirməyə çağırıb. Qeyd edək ki, bundan öncə Rəcəb Tayyib Ərdoğan martın 31-də keçiriləcək bələdiyyə seçkilərinin iştirak edəcəyi son seçkilər olduğunu bildirib. Dövlət Baxçalı isə deyib ki, Rəcəb Tayyib Ərdoğan Türk millətini yalnız buraxa bilməz: "Ayrıla bilməzsən! Türk millətini yalnız buraxa bilməzsən! Cümhur İttifaqı yanındadır. Yeni əsrin qurtuluş lideri olaraq Sizi görmək istəyirik!". Qeyd edək ki, Dövlət Baxçalı qurultayda MHP sədri postuna yeganə namizəddir.