ABŞ Bakı və İrəvanı “meydanda” tək qoyur?

ABŞ rəsmilərinin sülh prosesi ilə bağlı Cənubi Qafqaza səfərlərinin bir müddətdir səngiməsi diqqət çəkir.

Hazırkı situasiyada başlıca sual Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı qurulan təmasların davamlı olub-olmayacağıdır. Xüsusilə Baş nazir Nikol Paşinyanın Londonda görüşdən imtina etməsindən sonra yaranan vəziyyət narahatlıq doğurub.

ABŞ-ın Cənubi Qafqazda sülh fəaliyyəti dayanıb? Vaşinqtondan Bakı və İrəvana ardıcıl səfərlər daha niyə olmur?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bu, ABŞ-ın Cənubi Qafqaza marağının azaldığı mənasına gəlmir:

“Vaşinqtonun region və İrəvanla bağlı hədəfləri dəyişməyib. ABŞ yenə də Ermənistanı alət kimi istifadə etməklə regionda sülh və sabitliyin qarşısını almağa çalışır. Çünki yalnız gərginlik vasitəsilə Qərb regional maraqlarını təmin edə bilər.

Sülh prosesi ilə bağlı səfərlər adətən ikitərəfli olur. Yəni ABŞ rəsmiləri Ermənistana gedirlərsə, Azərbaycana da gəlməlidirlər. Rəsmi Bakı isə artıq Vaşinqtonun vasitəçiliyinə ciddi yanaşmır. Çünki ABŞ vasitəçi kimi “sinifdə qalıb”.

“Elə buna görə amerikalı rəsmilər nə Bakıya gəlirlər, nə də İrəvana gedirlər. Buna baxmayaraq, ABŞ və Ermənistan rəsmiləri arasında müxtəlif səviyyələrdə və platformalarda müzakirələr davam edir. Yəni ABŞ hələ də Ermənistana təsir, təzyiq və təlqin etməyə çalışır. Bu isə regional gərginliyə xidmət edir”, – K.Novruzov bildirib.

 






Fikirlər