Ərdoğan Baxçalı ilə niyə görüşdü?

“Ərdoğan Baxçalı ilə niyə görüşdü?

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında MHP sədri Dövlət Baxçalını qəbul edib.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, Baxçalı görüşə əlində sənədlərdən ibarət faylla gəlib və onu Ərdoğana təhvil verib.

Görüş təxminən 1 saat davam edib.

Türkiyə KİV-də yer alan məlumatlara əsasən, görüş təşəbbüsü Ərdoğan tərəfindən baş tutub. O, Konstitusiyada ediləcək dəyişikliyə görə Baxçalıdan da dəstək görmək istəyib. Əgər bu dəstəyi gösməsə, layihə TBMM-ə təqdim olunmayacaq. Türkiyə prezidenti bir növ, bu görüşlə MHP sədrinin fikirlərini öyrənmək istəyib.

 

 

Ərdoğan Baxçalı ilə niyə görüşdü?
Ərdoğan Baxçalı ilə niyə görüşdü? 






Fikirlər