22.05.2014. - "LUKOYL"da partlayış: xəsarət alan var

22.05.2014. - "LUKOYL"da partlayış: xəsarət alan var


Komi şəhərində Rusiyanın “Lukoyl” Neft Şirkətinə məxsus olan üç çəndə partlayış baş verib.

"AzerTaym.az"-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu gün səhər “Lukoyl -Usinskneftqaz” idarəsinin ərazisində, Usinsk şəhərinin 35 kilometirliyində neft çənində partlayış baş verib.

Daha sonra yanğın nəticəsində yaxınlıqda olan daha uç çəndə də partlayış əmələ gəlib.

Yanğını söndürülərkən bir nəfər xəsarət alıb.

Rusiyanın Daxili İşlər Nazirliyindən bildiriblər ki, neftçilər 5 tonluq neft çənini doldurarkən partlayış əmələ gəlib.

Hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri davam edir.

Xatırladaq ki, “Lukoyl” şirkətinin prezidenti həmyerlimiz Vahid Ələkbərovdur.


22.05.2014. - "LUKOYL"da partlayış: xəsarət alan var






Fikirlər