Abşeronda güclü partlayış: üç nəfər yaralandı

Abşeronda güclü partlayış: üç nəfər yaralandıAbşeron rayonunda yaşayış evində partlayış olub. Azertaym.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Digah qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 22 kv.m olan 2 otaqlı evdə qeydə alınıb.

Yanğınla nəticələnən partlayış baş nəticəsində 1 otağın yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. Partlayış zamanı 3 nəfər yanıq xəsarəti alıb. Onlar Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən xəstəxanaya aparılıb.

Yanğınsöndürənlər evdə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Yanğın səhər saat 09:03 radələrində söndürülüb.






Fikirlər