Penitensiar xidmətdən yanğınla bağlı - Rəsmi açıqlama

Penitensiar xidməti Nizami rayonu ərazisində yerləşən müalicə müəssisəsində baş verən yanğınla bağlı məlumat yayıb.
Penitensiar xidmətdən yanğınla bağlı - Rəsmi açıqlama
Azertaym.az xəbər verir ki, bu gün saat 03.40 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Müalicə müəssisəsinin narkologiya və terapiya korpusunda yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə müvafiq məlumat verilmiş, Penitensiar xidmətin şəxsi heyətinə həyacan verilərək hazırlıq vəziyyətinə gətirilib, lazımi qüvvələr yanğın yerinə cəlb olunublar. Yanğın baş verən korpusda olan məhkumların təhlükəsiz yerlərə köçürülməsi təcili olaraq təmin olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürmə dəstələri operativ olaraq hadisə yerinə gəlmiş, əməliyyatın həyata keçirilməsinə çətinlik yaradan amillərə baxmayaraq yanğın nəzarət altına alınıb, 06:13 radələrində yanğının söndürülməsinə nail olunub.

Hadisə vaxtı xəsarət alan olmayıb.

Hadisənin səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.






Fikirlər