01.03.2014. - Bakıda zəncirvari yol qəzası: xəsarət alanlar var - FOTO

01.03.2014. -  Bakıda zəncirvari yol qəzası: xəsarət alanlar var - FOTOBakının Nobel prospektində zəncirvari yol qəzası baş verib.
AzerTaym.az APA-ya istinadən məlumat verir ki, qəza zamanı dörd avtomobil toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində azı iki nəfər xəsarət alıb və təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Xəsarət alanlardan biri qadındır.

Qəzaya "Toyota" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi səbəb olub. Nobel prospektindən şəhər mərkəzi istiqamətində yüksək sürətlə hərəkət edən "Toyota" idarəetmənin itirilməsi nəticəsində maneələri aşaraq yolun əks istiqamətinə düşüb və üç avtomobili əzib. Qəzaya səbəb olan avtomobil əvvəlcə BMW markalı maşına, daha sonra isə iki "Mercedes"ə çırpılıb. Hər dörd avtomobilə ciddi ziyan dəyib.

Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, zəncirvari qəzada dörd nəfər xəsarət alıb. Bunlar 37 yaşlı Abbasova Təzəgül Çərkəz qızı, onun qızı, 17 yaşlı Abbasova Nazxanım Əfəndi qızı, eləcə də, 27 yaşlı Əhmədov Çingiz Muxtar oğlu və 27 yaşlı Mustafayev Tural Nizami oğludur.

Fikirlər