Hacıqabulda dəhşətli qəza

Hacıqabulda avtobus qəzaya düşdü: ölən və yaralananlar var
Hacıqabulda dəhşətli qəza

Noyabrın 28-də Hacıqabul rayonu ərazisində ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Hacıqabul rayonunun Qarasu kəndi ərazisində, kənd sakini Cavad Cavadovun idarə etdiyi "VAZ 21 013" və Mingəçevir şəhər sakini Niyazi Zamanovun idarə etdiyi "Ford" markalı sərnişin avtobusu toqquşub. Nəticədə N.Zamanovun xəsarət almış 5 sərnişini xəstəxanaya yerləşdirilib.
Onlardan biri - Maral Şamilova xəstəxanada ölüb. Digər yaralıların vəziyyətləri isə orta-ağırdır.
Faktla əlaqədar araşdırma aparılır.






Fikirlər