Gəncədə faciə

Gəncədə faciə
Yük lifti yüksəklikdən yerə çırpılıb, bir nəfər ölüb, iki nəfər yaralanıb

Gəncədə ticarət mərkəzində bədbəxt hadisə baş verib. Gəncə Şəhər Prokurorluğundan Azertaym.az-a verilən məlumata görə, Dədə Qorqud küçəsi, 21 ünvanında yerləşən “Gənclik" ticarət mərkəzində yük liftinin trosu qırılıb. Liftin sürətlə yerə çırpılması nəticəsində içərisində olan fəhlə Vəliyev Elşən İsfəndiyar oğlu ölüb, 2 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.






Fikirlər