10.02.2014. - Bakının ən böyük prospektində ürəkləri ağıza gətirən zəncirvari qəza

10.02.2014. -  Bakının ən böyük prospektində ürəkləri ağıza gətirən zəncirvari qəzaAzerTaym.az-ın dünən gecə təsadüfən hadisə yerində olan əməkdaşı bildirir ki, Heydər Əliyev prospektində 3 maşın toqquşub. 2 "Mercedes" və "VAZ-2107" bir-birinə dəyib.

Qəza zamanı "VAZ-2107"də olan ailə üzvləri xəsarət alıblar.

Qəzaya düşən "Mercedes"lərdən biri xarab olduğundan yolun kənarında saxlayaraq evakuator gözləyirmiş. Hərəkətdə olan "VAZ-2107" isə yol kənarında dayanmış "Mercedes"i görərək sürəti azaldıb. Bu zaman arxadan gələn başqa bir "Mercedes" arxadan "VAZ-2107"ni vurub. "VAZ-2107" isə xarab olan "Mercedes"ə dəyərək hərəsi bir tərəfə düşüb. "Jiquli"də olan ailə üzvləri xəsarət alıblar, azyaşlı uşaqlar şoka düşüblər.

Hadisə yerinə nə yol polisi, nə də təcili yardım maşını gəlmişdi.


10.02.2014. -  Bakının ən böyük prospektində ürəkləri ağıza gətirən zəncirvari qəza
10.02.2014. -  Bakının ən böyük prospektində ürəkləri ağıza gətirən zəncirvari qəza






Fikirlər