Bu da qaynar Mercedes GLA - FOTO- 09.01.2014

Bu da qaynar Mercedes GLA - FOTO- 09.01.2014Mercedes-Benz şirkəti ən kiçik GLA 45 AMG krossoverin ən güclü variantının şəkillərini və onun haqqında rəsmi informasiya yayıb.
Yolsuzluq avtomobili ilk "yüzlüyü" 4,8 saniyə ərzində yığmağı bacarır. Onun maksimal surəti saatda 250 kilometr həddində elektron məhdudlaşdırılıb.
AzerTaym.az 4charx.com-a istinadən bildirir ki, tamötürücülü GLA 45 AMG 360 at gücü hasil edən iki litrlik alüminium benzin "turbo dördlük" mühərriklə təchiz edilib. Maksimal fırlanma anı 450 Nm təşkil edir. Hal-hazırda bu seriya buraxılan ən güclü dörd silindrli mühərrikdir. Eyni güc qurğusuyla hot-heç A 45 AMG və sedan CLA 45 AMG təchiz edilir.
Yolsuzluq avtomobili həmçinin idman asması və aldı, daha güclü əyləc mexanizmləri də əldə edib.
Salonda qırmızı tikişləri və təhlükəsizlik kəmərləri olan idman dəri kürsüləri, həmçinin Nappa dərisi çəkilmiş sükan qurulub.
GLA 45 AMG üçün əlavə ödəmə ilə kuzov asmasının aerodinamik elementlərini - o cümlədən karbondan sifariş etmək mümkün olacaq. Bunlar qabaq splitter, arxa spoyler, yan güzgülərin korpusları və s. detallardır. Bundan başqa, seçim kimi salon üçün müxtəlif karbon elementlər, o cümlədən alkantara çəkilmiş yarış kürsüləri və fərqli idman sükanı da mümkündür.
Yeniliyin ictimai debütü 13 yanvarda Detroyt avtosalonunda olacaq.






Fikirlər