Bakıda marketdə partlayış olub, yaralananlar var

Bakıda marketdə partlayış olub, yaralananlar varBakıda mağazada partlayış olub.

APA-nın məlumatına görə, hadisə saat 17.30 radələrində Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında yerləşən “Army” marketdə qeydə alınıb. Partlayış nəticəsində marketdə yanğın meydana gəlib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Xilasedicilər uçqun altında qalan bir nəfəri xilas edib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, hazırda yanğınsöndürənlər yanğının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, marketdə baş verən hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb və yaralılar müxtəlif xəstəxanalara yerləşdiriliblər.






Fikirlər