08.09.2014- FHN-dən Xırdalandakı dəhşətli partlayışla bağlı məlumat -Adlar açıqlandı (Yenilnib)

08.09.2014- FHN-dən Xırdalandakı dəhşətli partlayışla bağlı məlumat -Adlar açıqlandı (Yenilnib)
08.09.2014- FHN-dən Xırdalandakı dəhşətli partlayışla bağlı məlumat -Adlar açıqlandı (Yenilnib)


Xırdalanda binada partlayış baş verib, iki nəfərin xilas edilməsi işləri davam etdirilir.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam etdirilir.

***
13:03

Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından 8 nəfər xilas edilib.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, hazırda dağıntılar altında qalan daha 3 nəfərin çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri 8 nəfəri xilas ediblər. Onlar - 1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızı, 1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızı, 2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu, 1999-cu il təvəllüdlü İsmayılova Aygül Vidadi qızı, 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızı, 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu, 2001-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğlu9 yaşında Ayxan adlı uşaqdır.






Fikirlər