08.02.2014. - DƏHŞƏT: Bakıda azyaşlı uşaq uçan evin altında qaldı

08.02.2014. -  DƏHŞƏT: Bakıda azyaşlı uşaq uçan evin altında qaldı Bu gün saat 11:12 radələrində Bakının Sabunçu rayonu ərazisində dəhşətli hadisə baş verib.

AzerTaym.az ANS-ə istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsindən verilən məlumata görə, Ramana-Qala yolunun kənarında fərdi yaşayış evi uçub və hadisə nəticəsində azyaşlı uşaq dağıntı altında qalıb. Hadisə şahidlərinin verdikləri məlumata görə, dağıntı altında daha bir nəfər də var.
Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, polis əməkdaşları cəlb olunub.


Uşağın dağıntılar altından çıxarılması üçün işlər aparılır.






Fikirlər