08.09.2014- Xırdalanda dəhşətli partlayış– xeyli yaralı var (Fotolar + Yenilənib 2)

08.09.2014- Xırdalanda dəhşətli partlayış– xeyli yaralı var (Fotolar + Yenilənib 2)Bir ailə xilas edildi, digəri isə dağıntılar altındadır
Partlayış zamanı dağıntılar altında qalan bir ailə xilas edilib.

AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ata-ana və 2 azyaşlı uşaq xilasedicilər tərəfindən dağıntılar altından çıxarılıb.

Lakin 1-ci mərtəbədəki mənzilin sakinlər ata-ana və 2 uşaq hələ də dağıntılar altında qalıb. Onlar barədə məlumat yoxdur. Xilasedicilər dağıntılar altında qalan insanları oradan çıxartmağa çalışırlar.

***
09:20

Xırdalan şəhərində məcburi köçkünlərin yaşadığı binada baş verən partlayışla bağlı əlavə təfərrüatlar bəlli olub.

AzNews.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, partlayış 4 mərtəbəli binanın 3-cü mərtəbəsində baş verib. Hadisə nəticəsində 3-cü mərtəbə uçub və nəticədə aşağıda olan iki mərtəbə uçqun altında qalıb. Həmin mərtəbələrdə isə 4 ailə - 10 nəfər yaşayır.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN), polis və yerli icra strukturlarının əməkdaşları insanları partlayışın qalırlarının altından xilas etməyə çalışırlar. Sakinlər isə təşviş içərisindədirlər.

Partlayışın zərbəsindən qonşu binalara da ziyan dəyib.

AzNews.az-ın əməkdaşına o da bildirilib ki, Vidadi İsmayıl adlı sakin artıq xilas edilib və yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

***
07:38

Xırdalan şəhərində məcburi köçkünlərin yaşadığı binada mənzillərin birində partlayış baş verib.

AzNews.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, partlayış nəticəsində binanın bir tərəfi tamamilə uçub.

Dağıntının miqyasından binaya yaxınlaşmaq hələlik mümkün deyil.

Hadisə şahidlərinin əməkdaşımıza verdiyi məlumata görə, içəridən qışqırıq səsləri edidilir: “İçəridən möhkəm qışqırıq səsləri gəlir. Onlar təcili yardım istəyirlər”.

Ölən və yaralıların olduğu istisna edilmir.

AzNews.az

Fikirlər