12.03.2014. - BAKIDA TİCARƏT MƏRKƏZİ YANIR.

12.03.2014. -  BAKIDA TİCARƏT MƏRKƏZİ YANIR.AzerTaym.az bildirir ki, Bakıda "Sahil" Ticarət Mərkəzində yanğın baş verib. Yanğın saat 10 radələrində, ikinci mərtəbədə başlayıb. Hazırda isə alov yuxarı mərtəbəyə qalxmaqdadır.

---------
10:24

Səbail Rayon Yanğınsöndürmə İdarəsindən Day.Az saytına bildiriblər ki, yanğın binanın ikinci mərtəbəsində baş verib.

Sayt onu da bildirir ki, Braziliyanın ölkəmizdəki səfirliyi həmin binada yerləşir.

---------
10:21

"Axar.az"ın məlumatına görə, hazırda ticarət mərkəzinin işçiləri təxliyə edilirlər. FHN-in Yanğından Mühafizə Xidməti artıq hadisə yerindədir.

Yanğının artıq yaşayış evlərinə keçdiyi barədə də məlumat var.

----------

10:13

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən Milli.Az-a bildirildi ki, “Sahil” ticarət mərkəzindəki yanğının miqyası böyükdür. İkinci dərəcəli yanğın həyəcanı verilib. Xeyli sayda yanğınsöndürən maşın yanğının söndürülməsinə cəlb olunub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından Milli.Az-a bildirildi ki, hadisə yerinə təcili yardım briqadaları göndərilib.

--------
10:12

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, hadisənin baş verdiyi əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) Trend-ə bildiriblər ki, hələlik stansiyaya "Sahil" Ticarət Mərkəzində bir nəfərin halının pisləşməsi ilə əlaqədar çağırış daxil olub.

Fikirlər