Çağlayan Ərdoğanı oğlu ilə hədələdi

Çağlayan Ərdoğanı oğlu ilə hədələdi"Biz məhkəməyə getsək, arxamızca Bilal da gələr"

Türkiyənin “Sözçü qəzeti”, 17 dekabr korrupsiya və rüşvət əməliyyatları ilə bağlı başlanan istintaqda adı keçən keçmiş İqtisadiyyat naziri Zəfər Çağlayanla bağlı marağlı xəbər yayıb. Xəbərdə bildirilir ki, 22 dekabrda prezident Ərdoğanla görüşən Zəfər Çağlayan, Ərdoğana bunları deyib: "Gedəcəyiksə, birlikdə gedəcəyik. Arxamızca Bilal də gələr".

Mənbənin iddiasına görə, keçmiş nazir Zəfər Çağlayanın çıxışı Ərdoğanının planlarını alt-üst etdib. Qəzet yazır ki, açıq yığıncaqlarda ictimaiyyətə “oğurluq edən qardaşımız olsa da, qolunu kəsərik”, deyən Davutoğluna “komissiya bu həftə qərar verməsin” mesajı verilib.
(azadliq.info)






Fikirlər