Məşhur ABŞ aktyoru Tom Henks və həyat yoldaşı Rita Vilson koronavirusa yoluxub.

 "AzerTaym.az" xəbər verir ki, bu barədə məşhur aktyor şəxsi "İnstaqram" hesabından yazıb.

Henksin açıqlamasında bildirilir ki, həyat yoldaşı ilə birlikdə Avstraliyada xəstələniblər və testlərin nəticəsində koronavirus daşıdıqları təsdiq olunub.

Tom Henks pərəstişkarlarına məlumat verməyə davam edəcəklərini söyləyib.

VİDEO