Natavan Həbibi Dado ilə BARIŞDI - FOTO

Natavan Həbibi Dado ilə BARIŞDI - FOTO

Müğənni Natavan Həbibi ilə reper həyat yoldaşı Dado (Səid Əliyev) ilə barışıb.

AzerTaym.az xəbər verir ki, bu barədə Dado instaqram səhifəsində məlumat verib. Dado həyat yoldaşı Natavan Həbibi ilə qucaqlaşdığı şəkli paylaşıb və “Bayramın mübarək, Nat” şərhini yazıb. O, paylaşıma xanımının instaqram hesabındakı adını da işarələyib.

Xatırladaq ki, Natavan Dadodan ayrıldığını ilk dəfə dekabrın əvvəlində öz instaqram hesabında elan etmişdi. Bu hadisədən bir neçə həftə sonra aparıcı Zaur Kamal onların barışıq videosunu paylaşmışdı.

Fevralın əvvəlində isə ATV kanalında yayımlanan “Zaurla Günaydın” verilişində qonaq olan Natavan Həbibi həyat yoldaşı ilə birdəfəlik ayrıldığını demişdi.

Natavan Həbibi məsələ barədə heç bir münasibət bildirməyib.






Fikirlər