Əsas Səhifə > Dünya > ABŞ PREZİDENTİ: “Suriyadan çıxmağımız

ABŞ PREZİDENTİ: “Suriyadan çıxmağımız


20-12-2018, 20:36

“Suriyadan çıxmağımız gözlənilməz deyil”.

“Report” Türkiyənin “NTV” telekanalına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Twitter” hesabında yazıb.

“Suriyada çıxmağımız gözlənilməz deyil. Suriyadan çıxmağımız üçün illərdir kampaniya aparırdım. 6 ay əvvəl bunu edəcəyimi açıq-aşkar bildirmişdim”, - deyə Donald Tramp vurğulayıb.

Qeyd edək ki, dekabrın 19-da o, ABŞ-ın Suriyada çıxması haqqında qərarı imzalayıb. Ötən gündən ABŞ ağır texnikasını bu ölkədən çıxarır.


Geri qayıt