ABŞ PREZİDENTİ: “Suriyadan çıxmağımız GÖZLƏNİLMƏZ DEYİL”

“Suriyadan çıxmağımız gözlənilməz deyil”.

“Report” Türkiyənin “NTV” telekanalına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Twitter” hesabında yazıb.

“Suriyada çıxmağımız gözlənilməz deyil. Suriyadan çıxmağımız üçün illərdir kampaniya aparırdım. 6 ay əvvəl bunu edəcəyimi açıq-aşkar bildirmişdim”, - deyə Donald Tramp vurğulayıb.

Qeyd edək ki, dekabrın 19-da o, ABŞ-ın Suriyada çıxması haqqında qərarı imzalayıb. Ötən gündən ABŞ ağır texnikasını bu ölkədən çıxarır.






Fikirlər