Bakıda 15 ildən sonra ortaya çıxan təhlükə - “Hər kəs ehtiyatlı olsun!”

Bakıda 15 ildən sonra ortaya çıxan təhlükə - “Hər kəs ehtiyatlı olsun!”

Bir qədər əvvəl sosial şəbəkələrdə yayılan görüntü böyük təşvişə səbəb olub. Belə ki, görüntülərdə böyük ölçülü ilanın minik maşınına girməsi əks olunub. Paralel olaraq, paytaxta yağan leysanın ardınca Ramana qəsəbəsində peyda olan kiçik qurbağalar diqqət çəkib. Ekspertlər baş verənləri isti hava ilə əlaqələndirsələr də, əksəriyyət əvvəlki illərlə müqayisədə şəhərdə bu cür halların çoxaldığını bildirirlər.

Bakıda ilan və qurbağaların görünmə səbəbi nədir?

Globalinfo.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov maraqlı fikirlər səsləndirib:

“Bu heyvanlar qışlama yerlərindən çıxdıqdan sonra yem əldə etmək, cütləşmək və çoxalmaq üçün ətrafdakı yaşayış yerlərinə səpələnirlər. Aprelin sonundan etibarən indiyədək havalar hələ çox isti deyil. Ona görə də qeyd etdiyim səbəblərə görə ilanlar sutka ərzində fəal olurlar. Əsasən yem tapa biləcəkləri və yaşayış olmayan kolluq ərazilərdə məskən salırlar. Onlar kərtənkələ, siçan, quş və quş balaları ilə qidalanırlar. Qida axtarmaq üçün həmin zonalara bitişik ərazilərə də keçə bilirlər. Yəni qəsəbə və kəndlərə ilan hücumundan söz gedə bilməz”.

T.İsgəndərov qeyd edib ki, ilanlar şəhərin mərkəzinə yük maşınları ilə gələ bilər:

 

“Bakının ərtaf ərazilərində yerləşən və tikinti materialları istehsal edən açıq anbarlar var. Onlar da ilanlar yaşayan ərazilərə bitişikdir. Yük maşınları orada bir neçə gün qalır və ilan da avtomobilin müxtəlif hərəkət hissələrinə dolaşıb şəhərə gəlir. Ehtimal ki, Bərdəyə gedən ilan da maşına bu qaydada girib. Qurbağalara gəldikdə, may ayı onların çoxalma vaxtıdır. Yağışdan sonra ətraf rütubət olduğu üçün körpə qurbağalar gölməçələrdən çıxıb ətraflara yayılırlar. Burada qeyri-adi bir şey yoxdur. Metamarfozun inkişafını başa çatdıran çömçəquyruqlar xırda qurbağalara çevrilir və küləyin təsiri ilə gölməçələrdən yağış suyu olan yerlərə düşürlər”.






Fikirlər