Ukrayna Vasili Malyukun əməliyyat zamanı FOTOSUNU YAYDI...
Xəbər verdiyimiz kimi, Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın arxa cəbhəsində bombardmançı təyyarələri məhv etmək üçün genişmiqyaslı xüsusi əməliyyat keçirib. Musavat.com UNİAN-a istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri Vasili Malyukun “Pauçina” (hörümçək toru) adlı xüsusi əməliyyat zamanı çəkilmiş fotosu təqdim olunub. Fotonu UNİAN-a xüsusi xidmətdəki mənbələr təqdim edib. Qeyd edək ki, sözügedən əməliyyat zamanı Ukrayna Rusiyanın 41 strateji aviasiya təyyarəsini vurub. Rusiyaya ilkin olaraq 2 milyard dollardan çox ziyan dəyib.