Əsas Səhifə > Dünya, Slayd > Türkiyə İŞİD-ə ilk dəfə havadan zərbə endirdi
Türkiyə İŞİD-ə ilk dəfə havadan zərbə endirdi29-08-2015, 23:11 |
Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri ABŞ-ın başçılıq elədiyi koalisiyada ilk dəfə olaraq İŞİD terror qruplaşmasına aviazərbələr endirilməsində iştirak edib. Musavat.com-un məlumatına görə, bu barədə “Reuters” Türkiyə XİN-dəki mənbəyə istinadən xəbər yayıb. “Bizim qırıcılarımız ötən gecə koalisiya qüvvələri ilə birgə Suriyada bizim də təhlükəsizliyimizə təhlükə yaradan İŞİD qruplaşmasına qarşı hava əməliyyatlarında iştirak edib” – xəbərdə bildirilir. Türkiyə təyyarələrinin əməliyyatlarda iştirakı avqustun 24-də ABŞ-lə əldə edilmiş anlaşmadan sonraya təsadüf edir. Geri qayıt |