Əsas Səhifə > Dünya > Türkiyədə bu gün koronavirusdan 22 nəfər
Türkiyədə bu gün koronavirusdan 22 nəfər20-06-2020, 22:39 |
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 22 nəfər ölüb. "AzerTaym.az" bildirir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. Nazir qeyd edib ki, son 24 saatda 41112 şübhəli koronavirus testindən keçib, onlardan 1248-nin cavabı pozitiv çıxıb. Bu gün 1312 xəstə sağalıb. Türkiyədə yeni növ koronavirusdan indiyədək 4927 nəfər ölüb, 186493 nəfər bu infeksiyaya yoluxub, 158828 nəfər isə müalicə olunub. Geri qayıt |