Türkiyədə bu gün koronavirusdan 22 nəfər ÖLDÜ...

Türkiyədə bu gün koronavirusdan 22 nəfər öldü

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 22 nəfər ölüb.

"AzerTaym.az" bildirir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. 

Nazir qeyd edib ki, son 24 saatda 41112 şübhəli koronavirus testindən keçib, onlardan 1248-nin cavabı pozitiv çıxıb. Bu gün 1312 xəstə sağalıb. 

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4927 nəfər ölüb, 186493 nəfər bu infeksiyaya yoluxub, 158828 nəfər isə müalicə olunub.

Türkiyədə daha 952 nəfər koronavirusa yoluxdu






Fikirlər