Əsas Səhifə > Dünya, Slayd > “7 MİLYON dollarlıq terrorçu”

“7 MİLYON dollarlıq terrorçu”


26-03-2016, 08:41

“7 milyon dollarlıq terrorçu” məhv edildi (VİDEO)

Amerika təyyarələrinin Suriya ərazisinə hava zərbələri nəticəsində “İraq Şam İslam Dövləti” terror təşkilatı liderinin müavini məhv edilib. APA TV-nin məlumatına görə, bunu Pentaqondan bildiriblər.

 
Söhbət Hacı İman kimi tanınan Əbdül Rəhman Mustafa əl-Qadulidən gedir.
 
Pentaqon rəhbəri Eşton Karter keçirdiyi mətbuat konfransında terrorçunun məhv edildiyi əməliyyat və Hacı İmanın İŞİD-dəki rolu barədə danışıb. O, bildirib ki, əl-Qaduli İŞİD-in maliyyə naziri funksiyasını yerinə yetirib. Suriya və İraq ərazisindəki terror aktlarında da Hacı İmanın rolu olub:
 
“O, dünyaca məşhur terrorçu, İŞİD-in rəhbərlərindən biri olub. Əvvəllər başqa terror təşkilatında - “Əl Qaidə”də fəaliyyət göstərib. Bu terrorçunun məhvi İŞİD-in Suriya və İraq ərazilərində, eləcə də, bu ölkələrdən kənardakı çoxsaylı əməliyyatlarını zərbə altında qoyacaq”.
 
Qeyd edək ki, əl-Qadulinin yeri barədə informasiyaya görə 7 milyon dollarlıq mükafat vəd edilmişdi.
 
O, 2012-ci ildə həbsdən buraxıldıqdan dərhal sonra terror fəaliyyəti ilə məşğul olmağa başlayıb.
 
2014-cü ilin sentyabrında Əbdül Rəhman Mustafa əl-Qaduli BMT Təhlükəsizlik Şurasının terrorçular siyahısına daxil edilib.

 


Geri qayıt