Marketlərdə çörəyin qiyməti 20 qəpik bahalaşdı - FOTO

Bir neçə gündür ki, sosial şəbəkələrdə Azərbaycanda çörəyin qiymətinin qalxacağı müzakirə olunmaqdadır.

Qiymətin bahalaşması haqda xəbər rəsmi qurumlar tərəfindən təkzib edilsə də bir sıra marketlərdə artıq qiymətin bahalaşdığı müşahidə olunur.Özü də çörəyin qiyməti bu dəfə 0.10 azn yox, 0.20 azn bahalaşıb. Paytaxtdakı marketlərə baş çəkən Moderator.az-ın müxbiri  əksər marketlərdə bahalaşmanın şahidi olub. Əməkdaşımızın özünün hər gün 0.30 azn-ə aldığı çürək hazırda marketdə 0.50 azn-ə satılmaqdadır.
 






Fikirlər