05.04.2014. - Benzin bahalaşdı - (Fotofakt)

05.04.2014. - Benzin bahalaşdı - (Fotofakt)Aprelin 4-də axşam saatlarında benzinin qiyməti heç kimin gözləmədiyi bir vaxtda qalxıb.

Virtualaz.org saytının müxbiri xəbər verir ki, bir neçə saat əvvəl Bakıdakı yanacaqdoldurma məntəqələrində Aİ-95 markalı benzin bahalaşıb.

Səhər saatlarında 80 qəpik olan benzin artıq 93 qəpikdir. Bir neçə dəqiqə əvvəl Heydər Əliyev prospektində (“Koroğlu” metrosundan hava limanına gedən istiqamətdə) yerləşən SOCAR yanacaqdoldurma məntəqəsində olan əməkdaşımız xəbər verir ki, Aİ-95 benzini alıcılara 93 qəpiyə təklif edilir. Saat 20:00 radələrinə qədər isə benzinin qiyməti 80 qəpik idi.

Bunu aşağıda sizə təqdim etdiyimiz və səhər saatlarında çəkilmiş fotodan da aydın görmək olar. Yanacaqdoldurma məntəqəsindən Aİ-92 markalı benzinin qiymətinin də qalxmaq ehtimalının olduğunu dedilər. İndiki qiymət isə 70 qəpikdir.

05.04.2014. - Benzin bahalaşdı - (Fotofakt)















Xatırladaq ki, Tarif Şurası aprelin 2-də mətbuata yaydığı açıqlamada Aİ-95 benzinin qiymətinin 80 qəpik olduğunu açıqlamışdı.
Qeyd edək ki, “Super Avro-98” benzinin qiyməti isə 1,5 manatdan 1,03 manata enmişdi. Buna səbəb isə Nazirlər Kabinetinin 7 fevral, 2014-cü il tarixli qərarları ilə idxal olunan 98 oktanlı avtomobil benzinləri üçün gömrük rüsumlarını 15%-dən sıfıra, aksiz dərəcələrinin isə bir ton üçün 250 ABŞ dollarından müvafiq olaraq 100 və 150 ABŞ dollarına endirilməsidir.

İlkin Muradov






Fikirlər