Pentaqon qəzəblidir: Bilirik necə cavab verəcəyik! İran da bilsin...

Pentaqon rəhbəri  Lloyd Ostin ABŞ-nin İordaniyadakı hərbi bazasına hücumun cavabsız qalmayacağını bildirib.

Ölkə.Az xəbər verir ki, bu barədə Pentaqon mətbuat xidmətinin nazir Ostinə istinadən yaydığı məlumatda deyilir.

“İŞİD-in son məğlubiyyəti istiqamətində işləmək üçün Suriya sərhədi yaxınlığında İordaniyanın şimal-şərqinə yerləşdirilən ABŞ və koalisiya qüvvələrinə dünən gecə hücumu zamanı üç ABŞ hərbçimizin həlak olması və digərlərinin yaralanması məni qəzəbləndirib və kədərləndirib", - Pentaqon mətbuat xidmətinin yaydığı  məlumatda deyilir.

O, İranın dəstəklədiyi qrupların Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı bu və digər hücumlara görə məsuliyyət daşıdığını vurğulayıb.

“Biz onlara seçdiyimiz vaxt və yerdə cavab verəcəyik. Prezident və mən Amerika qoşunlarına qarşı hücumlara dözməyəcəyik və ABŞ-ni, qoşunlarımızı və maraqlarımızı qorumaq üçün bütün lazımi tədbirləri görəcəyik”, - Ostin bildirib.






Fikirlər