Pentaqon rəhbərinin köməkçisinin müavini Azərbaycana gəlib

Pentaqon rəhbərinin köməkçisinin müavini Azərbaycana gəlibABŞ müdafiə katibinin Rusiya, Ukrayna, Avrasiya üzrə köməkçisinin müavini, xanım Evelin Farkasın (Evelyn N. Farkas) Azərbaycana səfəri başlayıb.


ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərin məqsədi iki ölkə arasında əməkdaşlığı müzakirə etməkdir. Qısamüddətli səfər zamanı onun Azərbaycanda bir sıra rəsmi şəxslərilə görüşləri nəzərdə tutulur. Azərbaycan dövlət rəsmiləri ilə görüşdə ikitərəfli əlaqələr, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq və müdafiə məsələləri müzkirə olunacaq.
 






Fikirlər