Əsas Səhifə > Əsas xəbərlər > Lavrov Tahir Salahovu
Lavrov Tahir Salahovu14-12-2018, 23:21 |
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və SSRİ-nin xalq rəssamı Tahir Salahovun sərgisində iştirak edib. Trend-in məlumatına görə, sərgi rəssamın 90 illik yubilieyi əlaqədar Bakı Ekspo Mərkəzində keçirilir. S.Lavrov sərgi zamanı rəssamla da görüşüb. Sərgidən sonra nazir, Tahir Salahova Rusiya XİN-in mükafatını təqdim edib. Qeyd edək ki, rusiyalı nazir Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak etmək üçün ötən gün Azərbaycana səfərə gəlib. S.Lavrov gərgin iş qrafikinə baxmayaraq, bu gün tanınmış rəssamla görüşməyə vaxt tapıb Geri qayıt |