Əsas Səhifə > Əsas xəbərlər > "Azərbaycan türkü qardaşlarımızın acısını bölüşürük"

"Azərbaycan türkü qardaşlarımızın acısını bölüşürük"


31-03-2021, 18:54

Türkiyənin Milli Müdafiə Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, nazirliyin tvitter səhifəsində yerləşdirilən paylaşımda bildirilib:

“103 il öncə Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda erməni quldurları tərəfindən soyqırımına məruz qalan Azərbaycan türkü qardaşlarımızı rəhmətlə yad edir, Azərbaycan türkü qardaşlarımızın acısını bölüşürük”.


Geri qayıt