"Azərbaycan türkü qardaşlarımızın acısını bölüşürük" - Türkiyə MN
Türkiyənin Milli Müdafiə Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib. “Report” xəbər verir ki, nazirliyin tvitter səhifəsində yerləşdirilən paylaşımda bildirilib: “103 il öncə Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda erməni quldurları tərəfindən soyqırımına məruz qalan Azərbaycan türkü qardaşlarımızı rəhmətlə yad edir, Azərbaycan türkü qardaşlarımızın acısını bölüşürük”.