İstanbulda Enes Kanterin atası SAXLANILIB

enes

Tanınmış türk basketbolçusu Enes Kanterin atası Mehmet Kanter saxlanılıb.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, ötən gün İstanbulda Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində 13 nəfər saxlanılıb.

Onların arasında NBA (Milli Basketbol Assosiasiyasi ) çempionatında “Oklahoma City Thunder” klubunda çıxış edən Enes Kanterin atası Mehmet Kanter də olub.

Universitet professoru olan M.Kanter FETÖ təhqiqatı çərçivəsində 2016-ci ildə vəzifəsindən azad edilmiş, sonra isə oğlundan imtina etdiyini bəyan etmişdi.

Qeyd edək ki, FETÖ ilə əlaqələrinə görə Enes Kanterin şəxsiyyət vəsiqəsi Türkiyə tərəfindən ləğv edilib və o, İnterpol xətti ilə axtarışa verilib.

 






Fikirlər