Bülənt Arıncın QAYINI saxlanılıb

Bülənt Arıncın qaynı saxlanılıb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri Bülənt Arıncın qaynı saxlanılıb. 

"Report" "Haber7"yə istinadən xəbər verir ki, doktor Ziya Tay ötən gün Manisa vilayətində dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində vəzifəsindən uzaqlaşdırılan 154 səhiyyə işçisindən biriydi. 
Məlumata görə, o, bu gün səhər saatlarında evində həbs olunaraq Manisa Şəhər Polis İdasinə aparılıb. 
Qeyd edək ki, Z.Tay 2002-ci il dekabrın 23-də Türkiyə Səhiyyə Nazirliyinin Manisa şəhər Səhiyyə İdarəsinin müdiri təyin edilib. 2012-ci ildə isə Manisa Şəhər Xalq Səhiyyəsi İdarəsinin müdiri vəzifəsinə gətirilib. 






Fikirlər