İlin ilk iş günü Azərbaycanda hava necə olacaq?
Azərbaycan ərazisində mülayim hava şəraiti Yeni ilin ilk iş günündə də davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gecə arabir güclənəcək. Gündüz isə cənub-qərb küləyi əsəcək, gücləcənək.
Havanın temperaturu gecə 1-4, gündüz 7-12 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.