Bazar günü hava yağmursuz olacaq

Bazar günü hava yağmursuz olacaqSabah havanın yağmursuz və mülayim olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azertaym.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-4, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.






Fikirlər