Nazirlikdən sabahın hava PROQNOZU

Nazirlikdən sabahın hava PROQNOZUEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava şəraiti ilə bağlı məlumat verib.Nazirliyin Departament xidmətindən Azertaym.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında dekabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında dekabrın 14-də hava şəraitinin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Yollar buz bağlayacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.






Fikirlər