Sabahdan hava pisləşəcək, yollar buz bağlayacaq

Sabah Bakıda və Abşeron yarımadasında günün birinci yarısında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sabahdan hava pisləşəcək, yollar buz bağlayacaq

Axşam havanın tutqun, gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı ehtimal olunur. Şimal küləyinin güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azertaym.az-a verilən məlumata görə, havanın temperaturun gecə 3-5, günün birinci yarısında 6-8, günün ikinci yarısında 1-3 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da sabah günün ikinci yarısında hava şəraitinin şimal və qərb rayonlarında, axşam isə əksər rayonlarda yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Dekabrın 11-i günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yenidən soyuq, arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Dekabrın 11-12-də güclü şimal-qərb küləyi əsəcək.






Fikirlər